Son Xəbər: Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər,

“Həmin görüntülərin çəkilməsi və yayılması cinayətdir”

“Həmin görüntülərin çəkilməsi və yayılması cinayətdir”

Tarix: 29-03-2021, 14:31


Sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim görüntüləri yayılıb. Şəxsi görüntülərin çəkilməsi və yayılması qanunla qadağan olunsa da, sözügedən görüntülər ötən gündən bəri bir çox teleqram qruplarında ayrı-ayrı şəxslər tərəfindən paylaşılaraq yayılır. 
Hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib və bildirib ki, həmin görüntülərin çəkilməsi və yayılması cinayət əməlidir:
“İnsanların şəxsi həyatına müdaxilə olunması çox iyrənc haldır. Azərbaycan Konstitusiyasının 32-ci maddəsi açıq şəkildə şəxsi həyatı qoruyur və bununla bağlı dövlətin öhdəliklərini sadalayır. Ayrıca, Cinayət Məcəlləsinin 149-cu maddəsi şəxsi həyata qanunsuz müdaxilə, şəxsi həyata dair videoların çəkilməsi və yayılmasını cinayət əməli hesab edir. Buna görə 2 ilə qədər həbs cəzası müəyyən olunub. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya başqa vasitələrdən istifadə edən varsa, ağırlaşdırıcı hal kimi müəyyən olunur. İstənilən şəxsin qarşısına belə video çıxsa və yaxud da kimsə bu tip müdaxilə etsə, onu heç bir halda yaymağa cəhd etməməlidir. Nəticə etibarilə, çəkənin məsuliyyəti ilə yayanın da məsuliyyəti eynidir. Bu baxımdan şəxsi həyata hörmət etmək lazımdır”. 
Ə. Məmmədli əlavə edib ki, şəxsi həyat aspektindən hökumət dərhal bu tip məsələləri araşdırmalı, kimin etdiyini ortaya çıxarmalı və məsuliyyətə cəlb etməlidir. 
“Qafqazinfo” məsələ ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək üçün DİN-lə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı nazirliyə heç bir müraciət daxil olmayıb. 
Xatırladaq ki, yayılmış görüntülərlə bağlı ötən gün Cəmil Həsənli şəxsi feysbuk hesabında paylaşım edərək bildirib ki, qızının 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər: “Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR