Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

Acınohurda ov edən ərəblərə cərimələr tam ödətdirilib - RƏSMİ

Acınohurda ov edən ərəblərə cərimələr tam ödətdirilib - RƏSMİ

Tarix: 30-03-2021, 17:29

“Acınohur ərazisində qanunsuz ov edən üç ərəb turist “Ovçuluq haqqında” qanunvericiliyin tələblərinə əsasən 4 min manat civarında cərimə edilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, ərəblərə cərimələr tam şəkildə ödətdirilib:

“Qanunsuz ov edən Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, eyni zamanda, bir baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə dörd baş bildirçini ovladığına görə Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib. Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. Cərimə həmin ərəblərə tam ödətdirilib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR