Son Xəbər: Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək,

31 Mart soyqırımında qətliam törədilən Quba kəndi - VİDEO

31 Mart soyqırımında qətliam törədilən Quba kəndi - VİDEO

Tarix: 31-03-2021, 10:14

Qubanın Alpan kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biri hesab olunur. Bu kənd 1918-ci ildə ermənilər tərəfindən ən çox hücuma məruz qalan kəndlərdəndir.

Erməni vandalları 1918-ci ildə Alpana üç istiqamətdə qəfildən hücum edərək öz çirkin əməllərini həyata keçiriblər. Silahsız, əliyalın sakinlərin bir hissəsi meşələrə qaçaraq öz canını qurtarsa da, ermənilər kənd əhalisinin əksəriyyətini vəhşicəsinə öldürüb, işgəncələrə məruz qoyublar.

Erməni dəstələrinin hücumunda əsas məqsəd müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Kənddə bütün evləri yandıran ermənilər təkcə dinc sakinləri qətlə yetirməyib, kənd qəbiristanlığındakı baş daşlarını belə gülləbaran ediblər. Güllələrin izləri baş daşlarının üzərində hələ də qalmaqdadır.

Müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən ermənilərin digər məqsədi isə Azərbaycanın tarixi abidələrini yer üzərindən silmək olub. Elə buna görə də Alpanda olan tarixi qəbirləri dağıdan düşmənlər XVI əsrə aid Subaba türbəsini də yandırıblar.

1918-ci ilin aprel-may aylarında talanlara və yanğınlara məruz qalan Quba qəzasında 167 kənd tamamilə dağıdılıb.

Qeyd edək ki, 31 mart soyqırımı nəticəsində 6 000 Quba sakini bu faciənin qurbanı olub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR