Son Xəbər: Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb,

Zakir Həsənov Türkiyə müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüşüb - FOTO

Zakir Həsənov Türkiyə müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüşüb - FOTO

Tarix: 1-04-2021, 19:31


Aprelin 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri, “ASELSAN” və “HAVELSAN” şirkətlərinin rəhbər heyətini salamlayan Müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub.

General-polkovnik Z.Həsənov bu cür görüşlərin hərbi-texniki əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Vətən müharibəsində şəhid olanların yaxınları və əzizlərinə başsağlığı verən qonaqlar Azərbaycan əsgəri ilə qürur duyduqlarını və Azərbaycanın hərbi potensialının artırılması istiqamətində həyata keçiriləcək birgə fəaliyyətləri xüsusi qeyd ediblər.

Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR