Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı

AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı

Tarix: 5-04-2021, 19:12

“Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, istintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Bundan başqa, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”),  Kütləvi informasiya vasitələrinə Dəstək Fondunun (KİVDF), habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş  qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Qeyd edilənlərlə bağlı bildirilir ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR