Son Xəbər: Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb,

Direktorların işə qəbulu imtahanlarının nəticələrinin TƏHLİLİ - FOTO

Direktorların işə qəbulu imtahanlarının nəticələrinin TƏHLİLİ - FOTO

Tarix: 6-04-2021, 12:58

Cari il üzrə direktorların işə qəbulu imtahanlarında əvvəlki illərlə müqayisədə rekord sayda – 2683 namizədin iştirakı qeydə alınıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 1411, 2019-cu ildə isə 1645 namizəd iştirak edib. İlk dəfə cari il üzrə imtahanlarda iştirak edənlər arasında qadınların sayı (1382 nəfər) kişi namizədlərlə müqayisədə çox olub.

İmtahanlarda iştirak edən namizədlərdən 25 nəfəri xaricdə təhsil alıb. Namizədlər arasında 1807 nəfər müəllim, 511 nəfər tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, 139 nəfər tərbiyə işləri üzrə direktor müavini, 111 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 47 nəfər metodist, 32 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 26 nəfər psixoloq, 10 nəfər uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində çalışır.

Namizədlərdən 12 nəfəri fəlsəfə doktorudur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR