Son Xəbər: Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər, "Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA, 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ, BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr,

Azərbaycan mediası Rusiya səfirliyinə: “İskəndər-M” məsələsinə mövqe bildirin”

Azərbaycan mediası Rusiya səfirliyinə: “İskəndər-M” məsələsinə mövqe bildirin”

Tarix: 7-04-2021, 10:08


Bir qrup jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Müraciətdə deyilir:

Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə məxsus olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir. Silah Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər əlaqədar qurumlar Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək.

1.Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

2.Əflatun Amaşov - Mətbuat Şurasının sədri

3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

4. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru

5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru

6. Orxan Fikrətoğlu – müstəqil jurnalist

7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru

8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri

9. Həmid Həmidov - jurnalist, bloqer

10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini

11. Mübariz Əsgərov – müstəqil jurnalist

12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi

13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki

14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı

15. Emin Musəvi – ASAN radionun rəhbəri

16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

18. Azər Qərib - bloqer

19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı

20. Əli Hacızadə - bloqer

21. Vyacheslav Sapunov - bloqer

22. Ədalət Verdiyev – bloqer

23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı

24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru

26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR