Son Xəbər: Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb, Bakının mərkəzində obyektdə yanğın - Fotolar, Putin Əliyevi təbrik etdi, İlham Əliyev Fərman imzaladı, Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək, İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb, Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub,

Zaur Ramixanov: Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilməz

Zaur Ramixanov: Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilməz

Tarix: 18-01-2022, 11:30


Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.


Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.


Həyatının arzu edilməyən məqamlarında ruhi sakitliyini saxlamaq üçün və ya nail olduğu hər müvəffəqiyyətdə xəyala qapılmamaq üçün həkimlik sənətində həvəs və istedad lazımdır.


Həkimin əxlaqi mədəniyyəti, təcrübəsi ona ruhi sakitliyini saxlamaqda kömək edəcək. Bu da ona yaxınları və Vətən qarşısında müqəddəs borcunu həyata keçirməyə imkan verəcək. Məhz bu, həyatda həkimin qazandığı əsl xoşbəxtliyə səbəb olacaq.


Həkimlik peşəsinin dərinliklərinə yiyələnən və insani keyfiyyətlərə malik olan Zaur Ramixanov yuxarıda sadaladığımız xüsusiyyətləri özündə əks etdirib. 


Zaur Ramixanov 17.09.1987-ci ildə dünyaya göz açıb. O, uşaqlıq yaşlarından həkim olmaq və insanların sağlamlığı üçün var gücü ilə çalışmaq arzusunda imiş. Orta məktəbi bitirdikdən sonra 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olan Zaur həkim 2011-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ildə ön xəttin tabor həkimi kimi əmək fəaliyyətinə başlayır. Daha sonra isə 2012-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Neyrocərrahiyyə ixtisası üzərindən təkmilləşən Zaur həkim, Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında (Papanin) Neyrocərrah kimi fəaliyyətini davan etdirir. 


Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır.


Təcrübəli həkim 3 əsas keyfiyyətə malik olmalııdr:


1.İnsanlığa məhəbbətə


2.Elmi biliyə


3.Müəmmalı sirlərin açılmasına göstərilən marağa.


Bu fikirləri özündə cəmləşdirən Zaur həkim, 2016-2017-ci illərdə Gülhanə Askeri Tibb Akademiyasında Neyrocərrah ixtisası üzrə ixtisas artımında iştirak etmiş və biliyinin daha da yüksəlməsinə nail olmuşdur.


İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir.

Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır kəlimələrini beyninin dərinliklərinə həkk edən Zaur həkim, 44 günlük Vətən Müharibəsində şücayətlə vuruşaraq, yaralanan əsgərlərimizi Gəncə Hərbi Hospitalında əməliyyat etmiş və onların həyatda qalmasında böyük rolu olmuşdur. 


Zaur Ramixanovun sözlərinə görə, bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR