Son Xəbər: Suriya Məkkə müdafiə alyansına qoşula bilər, Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var, Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır, Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq, Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq, Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib, Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək, Rusiya Xarkova PUA-larla hücum edib, 5 nəfər yaralanıb, Qanunsuz saxlanılan silahlar aşkarlanıb, Azərbaycan neftinin qiyməti 126 dolları ötüb,

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Tarix: Dün, 15:07

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.

Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.

Adam Hakimov qeyd edib ki, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Ticarət nümayəndəsinin sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR