Son Xəbər: Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib, Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib, Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir, Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib, Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib, Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır, Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb, Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib, Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq, Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib,

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Tarix: Bugün, 16:30

 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, MN-də keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR