Son Xəbər: Azərbaycan nefti 94 dollara ticarət olunur, Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub, Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat imkanlarını genişləndirir, Bakıda və rayonlarda sabah külək güclənəcək, Prezident İlham Əliyev Trampa təşəkkür edib, İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq,

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Tarix: Bugün, 09:30

 Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.

Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR