Son Xəbər: ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib, Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb, Azərbaycan-Litva Dəyirmi Masası keçirilib, Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq, Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib, Sabahın hava proqnozu açıqlanıb, Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək, Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb, Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb,

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Tarix: Bugün, 17:28

 Yardımlı Rayon İcra Hakimiyyətinin nüfuz alverində təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yardımlı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Səfərovun isə polis nəzarəti altında olduğu bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR