Son Xəbər: Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ, EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq, Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək, İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb, Yeni qərar müəllimlərin maaşına təsir edəcək, Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək, "Instagram"da yeni funksiya, Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir, Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib, İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar,

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ

Tarix: Bugün, 12:42

 Sabah - okyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR