Son Xəbər:
Tarix: Bugün, 12:13
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq.
Bunu Bankın Baş bankçısı və maliyyə institutları üzrə regional rəhbəri Mixail Qreçixo bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, bu, gələn ilin əvvəlində bank sektoru, Azərbaycan hakimiyyət orqanları və Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində işə salınacaq: "Bank "yaşıl maliyyə"ni dövriyyə kapitalı maliyyələşdirməsi və ya kapital xərcləri krediti kimi gündəlik işinin normal bir elementi hesab etdikdə, biz bunu uğur sayacağıq. Bu, gündəliyimizdə çox yüksək yer tutur. Hazırda biz banklara haqqında danışdığım investisiyaları qurmağa kömək etmək üçün xüsusi çərçivə irəli sürürük. Bu, Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi adlanır".
M.Qreçixo qeyd edib ki, EBRD riskləri tərəfdaşlarla bölüşə və onların effektiv şəkildə idarə oluna biləcəyi məqbul səviyyəyə qədər azaldılmasını təmin etməyə yardım göstərə bilər: Nəhayət, biz həmçinin güzəştli element daxil edirik. Bu, sadəcə bir üstünlük deyil. Çünki bu sahədə həll edilməli olan çox aydın maneələr mövcuddur. Təcrübəmizə əsasən, güzəştli maliyyələşdirmənin müəyyən payı olması bu sahənin inkişafına faydalı ola bilər. Bu elementi daxil etməklə bu maneələr aradan qaldırıla bilər. Bundan sonra güzəştli element tədricən aradan çıxa bilər ki, özəl maliyyə və kommersiya bazarı müstəqil şəkildə irəliləyə bilsin".