Son Xəbər: Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib, Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb, Media və Yayım Şurası: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqeyi kimi təqdim olunması kobud dezinformasiya nümunəsidir, Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır, Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib, İranın xarici işlər naziri Türkmənistana səfər edib, Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq, Suriya Məkkə müdafiə alyansına qoşula bilər, Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var, Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır,

Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Tarix: Bugün, 10:35

 Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və dövlət sərhədinin qanunsuz keçilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

“Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmışdır.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmiş və sərhəd pozucusu zərərsizləşdirilmişdir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Faktla bağlı cinayət işi başlanılmış, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR