Son Xəbər: Külək güclənəcək - XƏBƏRDARLIQ, CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb, On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub, Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq, Media və Yayım Şurası Azərbaycan-Ermənistan transsərhəd çayları ilə bağlı xəbərlərin vizual təqdimatına irad bildirib, Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır, Ali Məhkəmə: Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir, UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə qarşılaşacaq, Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub,

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Tarix: Dün, 14:56

 Cari ilin 10 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir:

"Təkcə bir gün – 12 noyabr tarixində Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.

Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir.

Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir".

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edib. Qeyd olunub ki, yol birgə istifadə məkanıdır, qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı potensial faciə qurbanıdır:

"Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR