Son Xəbər: ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol..., Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb, Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər, Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib, Sabah Bakıda yağış yağacaq, Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər, FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib, KİV: İtaliya GCAP layihəsində Almaniyanın tamhüquqlu iştirakını rədd edir, Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır, Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır,

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Tarix: Dün, 15:07

 Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər.

Bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb.

"Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm", - Paşinyan 20 ildən sonra Ermənistanı necə təsəvvür etdiyi barədə suala cavabında bildirib.

O həmçinin qeyd edib ki, İrəvan bir tərəfdaşla yaxınlaşmaq naminə digərindən uzaqlaşmağa can atmır.

"Ermənistan əvvəllər olduğu və indi də olduğu yerdədir. Ermənistan burada, öz yerində olacaq. Biz hər hansı bir tərəfdaşdan uzaqlaşmaq və digərləri ilə yaxınlaşmaq istəmirik. Biz sadəcə olaraq öz balanslaşdırılmış və balanslaşdıran xarici siyasətimizi yürüdürük", - Baş nazir vurğulayıb.

Paşinyan daha əvvəl bildirib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət edə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR