Son Xəbər: ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol..., Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb, Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər, Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib, Sabah Bakıda yağış yağacaq, Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər, FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib, KİV: İtaliya GCAP layihəsində Almaniyanın tamhüquqlu iştirakını rədd edir, Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır, Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır,

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Tarix: Dün, 14:40

 Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndələri Əbu-Dabidə baş tutan danışıqlarda bu təklifə konkret cavab verməyib və qərarın Prezident Vladimir Putin tərəfindən veriləcəyini söyləyiblər:

"Bizim nümayəndələrimiz də onlara deyiblər ki, əgər belə məsələlərə siz qərar verə bilmirsinizsə, onda gəlin liderlərin – Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil edək, onlar birbaşa, ikilikdə qərara gəlsinlər. Nəticədə razılaşdılar ki, ABŞ komandası Putinin yanına uçacaq və bu barədə danışacaq. İndi biz də bunun son nəticəsini gözləyirik".

Ukrayna lideri söhbətin onun Putinlə görüşündən getdiyini vurğulayıb və əlavə edib ki, Rusiya Prezidenti müvəqqəti atəşkəs təklifini şəxsən dəstəkləmir.

V.Zelenski həmçinin hesab edir ki, Vladimir Putin Ukrayna ilə müharibədə güzəştlərə yalnız ABŞ-ın güclü dəstək paketi qarşılığında gedə bilər:

"Belə bir dəstək ilin sonunadək tərəflər arasında gərginliyin azaldılması ilə bağlı razılığa gəlmək imkanı yarada bilər. Rusiya real addımlara yalnız ABŞ Konqresinin Ukraynaya güclü dəstək paketi ayırmağa hazır olduğu halda gedə bilər. Bu paketə iki əsas komponent – sanksiyalar və silahlar daxil ola bilər. Mən 2024-cü ildə Donald Trampla görüşüm zamanı ona "Qələbə planı"nı təqdim etmişəm. Həmin planda ABŞ-ın Ukraynaya konkret yardım göstərəcəyi təqdirdə Putinin danışıqlar masasına oturacağı və real addımlar atmağa hazır olacağı qeyd edilib".

Ukrayna lideri eyni zamanda vurğulayıb ki, ABŞ Konqresi belə bir təşəbbüsü dəstəkləmək imkanını nəzərdən keçirsə, ilin sonunadək tərəflər arasında gərginliyin azaldılması istiqamətində müəyyən razılığa gəlmək mümkün ola bilər:

"Bu halda yaranacaq imkanlar pəncərəsi Rusiya tərəfi üçün də açıq olacaq. Ukraynanın güclənməsi fonunda Rusiyanın hərbi qarşıdurmanı davam etdirməkdənsə, diplomatik həll yolunu sınaması daha məqsədəuyğun olardı".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR