Son Xəbər: Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı, İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı, Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb, İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Lənkəranın 7 kəndində işıq kəsiləcək, Azərbaycan neftinin qiyməti 96 dolları keçib, Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb, Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur, Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu,

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Tarix: Bugün, 10:46

 Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, Ermənistan işğalçı ordusunun rayonu tərk etməsindən 6 il ötür.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da 44-günlük müharibənin nəticələrinə uyğun olaraq imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR