Son Xəbər: Lənkəranın 7 kəndində işıq kəsiləcək, Azərbaycan neftinin qiyməti 96 dolları keçib, Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb, Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur, Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu, Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb, İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib, Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq, Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar, 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb,

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Tarix: Bugün, 09:44

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39 % artaraq 96,13 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 90,32 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,46 % artaraq 91,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR