Son Xəbər: Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb, Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar, Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib, Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb,

Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib

Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib

Tarix: Bugün, 15:07

Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib


Bolqarıstanda "Trakiya" avtomaqistralında baş verən iki kütləvi yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həlak olub, daha 48 nəfər yaralanıb.

Bu barədə Bolqarıstanın Nova nəşri ölkənin baş naziri Rumen Radevin istinadı ilə xəbər verib.

Onun sözlərinə görə, daxili işlər naziri İvan Demerdjiyevə hadisə yerinə yollanmaq tapşırılıb. Yambol, Sliven və Burqas xəstəxanalarından ağır yaralıların Sofiyaya daşınması üçün hökumət təyyarələri ayrılıb.

Bundan başqa, xəsarət alanların təxliyəsi üçün göyərtəsində tibbi briqadalar olan Spartan hərbi-nəqliyyat təyyarələri cəlb edilib.

Nəşrin məlumatına görə, toqquşmalarda 70-dən çox minik və yük avtomobili iştirak edib. "Trakiya" avtomaqistralında hərəkət hər iki istiqamətdə bağlanıb.

Bolqarıstan DİN-in baş katibinin müvəqqəti əvəzi Lyubomir Nikolov hadisə yerindən bildirdib ki, qəzaların ehtimal olunan səbəblərindən biri sıx duman və görmə məsafəsinin kəskin azalması olub.

"Bütün həlak olanlar Burqas istiqamətində gedirdilər. İlk yol-nəqliyyat hadisəsi məhz orada baş verib. Yük maşını bir qrup insanın olduğu avtobusun yolunu kəsib. Sonra buğda daşıyan başqa bir yük maşını ilə toqquşma baş verib. Minik avtomobili də yük maşınının arxa hissəsinə çırpılıb", - o deyib.

Nikolovun sözlərinə görə, şahidlər bildiriblər ki, yolda görmə məsafəsi əvvəlcə təxminən 70-80 metr olub, lakin qəflətən 10 metrə qədər azalıb.

O ehtimal edib ki, ikinci qəza avtomaqistralın əks tərəfindəki avtomobillərin toqquşmasının sürücülərin diqqətini yayındırması səbəbindən baş verə bilərdi.

"Biz ehtimal edirik ki, Sofiya istiqamətindəki yol-nəqliyyat hadisəsi eyni mexanizmlə baş verib. İki hadisənin yerlərinin üst-üstə düşməsi, ehtimal ki, sürücülərin Burqas istiqamətindəki ciddi zəncirvari toqquşmaya diqqətlərinin yayınması ilə bağlıdır", - Nikolov izah edib.

***

Bolqarıstandakı "Trakiya" avtomagistralında onlarla avtomobilin iştirak etdiyi zəncirvari iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, daha 10 nəfər ağır xəsarət alıb.

Bildirilib ki, toqquşmalarda minik avtomobilləri, mikroavtobuslar, avtobuslar və yük maşınları iştirak edib.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib. Xilasetmə işlərinə hərbi qulluqçular da cəlb edilib.

Qəza barədə ilk məlumat yerli vaxtla saat 07:10 radələrində (Bakı vaxtı ilə 09:10 - red.) daxil olub. Kütləvi toqquşma avtomagistralın 289-cu kilometrliyində, Burqas istiqamətində baş verib. Bir neçə dəqiqə sonra Sofiya istiqamətindəki hərəkət hissəsində ikinci yol-nəqliyyat hadisəsi baş verib.

Qəzaların ehtimal edilən səbəbi kimi görmə məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıran qatı duman göstərilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR