Son Xəbər: Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb, Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar, Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib, Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb,

Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb

Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb

Tarix: Bugün, 16:56

 Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, eyni ilə İrəvandan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı da müraciət daxil olmayıb.

Lavrov qeyd edib ki, Paşinyanın Aİ üzvlüyünə müraciət etdikdən sonra referendum keçirmək cəhdi xalq üçün seçim deyil; xalqı fakt qarşısında qoymaqdır.

"Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə marağını itirib, bu təşkilat İrəvan üçün faydasızdır, onun maraqlarına cavab vermir. Bütün bunlar sözlərdən ibarətdir, heç bir sənədlə təsdiqlənmir. Əgər onlar istəyirlərsə ki, biz Ermənistanı KTMT-dən qovaq, bunu heç kəs etməyəcək", deyə Rusiya XİN başçısı vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR