Son Xəbər: Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib, Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib, ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib, Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb, Azərbaycan-Litva Dəyirmi Masası keçirilib, Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq, Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib, Sabahın hava proqnozu açıqlanıb, Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək,

Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib

Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib

Tarix: Bugün, 09:22

 ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə razılaşdırmadan onların birgə bəyanatına Ukrayna münaqişəsinin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsi üçün Kiyevə ünvanlanan xəbərdarlıq əlavə edib.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Qeyd edək ki, Tramp və Rutte noyabrın 25-də ABŞ Prezidentinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşüblər.

Görüşün yekununda Ağ Ev ABŞ Prezidenti və NATO-nun Baş katibinin birgə bəyanatını yayıb.

Sənəddə Ukrayna münaqişəsinin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

Tramp və Rutte münaqişənin genişlənməsi riskini Rusiyanın qəsdən və ya bilməyərəkdən belə nəticələrə gətirib çıxara biləcək hərəkətləri ilə əlaqələndiriblər.

Birgə bəyanat NATO-nun rəsmi saytında da dərc olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR