Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakı Xoreoqrafiya Akademiyasında Naxçıvan MR-in 100 illiyi münasibətilə tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Naxçıvan MR-in 100 illiyi münasibətilə tədbir keçirilib

Tarix: 19-02-2024, 13:27

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA)   Kitabxanasının təşkilatçılığı ilə akademiyada Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada BXA-nın idarə heyəti,  Naxçıvan MR-in Mədəniyyət Nazirliyinin Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə, UNEC nəzdində Bakı Qida Sənaye kollecinin nümayəndəsi Şəbnəm İsmayilova və SOCAR-ın  əməkdaşı, Karate Federasiyasının fəxri prezidenti Mahir Ramazanov iştirak edib.

Dəyirmi masa ətrafında Azərbaycanda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi yönündə atılan mühüm addım kimi Bakı Xoreoqrafiya Məktəbinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri xüsusi qeyd edilib:

"Ulu öndərin rəqs sənətinin inkişafında göstərdiyi xidmətləri onun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha da inkişaf etdirərək, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə  Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının təsis edilməsi Azərbaycan incəsənəti və mədəniyyəti tarixində mühüm hadisə olub".

Regionlarda xoreoqrafiya sənətinin daha peşəkar şəkildə təbliğ edilməsi məqsədi ilə mədəniyyət mərkəzlərinin və digər incəsənət ocaqlarının nəzdində rəqs studiyalarının yaradılması zərurəti irəli sürülüb.

Həmçinin, ermənilərin 

Azərbaycanın folklor nümunələrini, qədim musiqi alətlərini (tar, kamança, balaban, zurna),  qədim milli rəqslərini (“Köçəri”, “Sarı gəlin”, “Süsən sünbül”, “Yallı”, “Vağzalı”, “Uzundərə”, “Mirzəyi”, “Yallı”), hətta məşhur Azərbaycan bəstəkarları olan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinin mənimsənilərək, erməni nümunələri kimi təqdim edilməsi və bunun qarşısının alınması yolunda həmin əsərlərin tarixi və nota alınması haqqında ümumi rəylər bildirilib.

Sonda BXA-nın rəhbərliyi adından qonaqlara simvolik hədiyyələr təqdim olunub.

Daha sonra qonaqlar BXA-nın sinif otaqları, məşq zalları və ümumi akademiya ilə tanış olublar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR