Son Xəbər: Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq, İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar, Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib, DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb, Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub, Qazaxda 33 yaşlı kişi bıçaqlanıb, Tramp seçkilərdə məğlubiyyətin əsas səbəbləri sırasında İranla müharibə və yanacaq qiymətlərini göstərib, BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib, Azərbaycan neftinin qiyməti 113 dollara düşüb, ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək,

Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

Tarix: Bugün, 12:42

 
"Ayaz Bey" yedək gəmisi Rumıniya sahillərində batıb, yeddi heyət üzvündən üçü xilas edilib, qalan dördü təxliyədən imtina edib.

Bu barədə Rumıniya mediası ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"DİN əməkdaşları Qara dənizdə batan yedək gəmisinin göyərtəsindəki Türkiyə vətəndaşı olan yeddi dənizçinin axtarılması üzrə axtarış-xilasetmə əməliyyatında iştirak ediblər. Ekipajın üç üzvü Niderland bayrağı altında üzən "Odin" yedək gəmisinin göyərtəsinə götürülüb və Rumıniyanın Manqaliya limanına çatdırılacaqlar. Qalan dörd nəfər isə təxliyədən imtina edib", - məlumatda bildirilib.

"Ayaz Bey" yedək gəmisi "Ramazan Bey" yedək gəmisi ilə birlikdə "Mentor" gəmisinin Türkiyə istiqamətində aparılmasında iştirak edib. Əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. "Ayaz Bey" yedəyə alınan gəmi ilə toqquşub və batıb.

Əməliyyatda həmçinin Rumıniyanın Dənizdə İnsanların Xilas Edilməsi üzrə Agentliyinin "Ares" axtarış-xilasetmə gəmisi iştirak edib, əməliyyatı Dəniz Xilasetmə Koordinasiya Mərkəzi əlaqələndirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR