Son Xəbər: 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb, Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub, Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq, Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI, Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq, Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək, Azərbaycan nefti 94 dollara ticarət olunur, Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub, Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb,

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

Tarix: Bugün, 15:18

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.

Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR