Son Xəbər: Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb, Oman sahillərində neft tankeri minaya düşüb, Sabah Şahbuzda işıq kəsiləcək, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb, Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib, Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb, Azərbaycanda şənbə günü hava dumanlı olacaq, Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır, Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək,

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Tarix: Dün, 14:18

 İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Bununla bağlı bu gün Xəzər rayon məhkəməsi qərar qəbul edib.

Vilyam Hacıyev səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR