Son Xəbər: Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb, Oman sahillərində neft tankeri minaya düşüb, Sabah Şahbuzda işıq kəsiləcək, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb, Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib, Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb, Azərbaycanda şənbə günü hava dumanlı olacaq, Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır, Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək,

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Tarix: Dün, 16:20

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin və daha iki nəfərin cinayət işi üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.

Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan iş üzrə daha iki nəfərə - Müjgan Bunyatzadə və Elvin Əhmədova ittiham elan olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR