Son Xəbər: Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu, Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb, İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib, Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq, Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar, 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb, Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub, Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq, Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI, Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq,

Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

Tarix: 6-07-2020, 11:43

Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.

Report-un məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Oxu.Az-a faktı təsdiqləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, təəssüf ki, yayılan məlumatlar doğrudur:

“Pandemiya xəstəxanalarında müalicə olunan polis əməkdaşlarından, təəssüf ki, ikisi - polis polkovnik-leytenantı və polis mayoru həyatını itirib. Müalicəsini davam etdirən digər əməkdaşların vəziyyəti isə dəyişkən olaraq qalır.

Aralarında yüngül və orta-ağır vəziyyətdə olanları da var. Koronavirusa yoluxan digər vətəndaşlar kimi onların da müalicələri davam etdirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR