Son Xəbər: Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb, İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib, Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq, Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar, 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb, Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub, Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq, Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI, Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq, Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb,

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Tarix: Bugün, 16:54

 Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR