Son Xəbər: Milli Məclisin iclası başlayıb, Zəfər Günü ilə əlaqədar bəyanat qəbul ediləcək, Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb, Qobustanda daha bir körpü yenilənəcək, UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək, "Wizz Air" reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib, Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq, Tbilisidə piyada körpüsündə yanğın baş verib, Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb, Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib, Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb,

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Tarix: Bugün, 10:31

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Nazir çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib.

O, oktyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himninin 17 ölkədə səsləndirildiyini bildirib. İdmançılar ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.

Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.

Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Görüşdə nazirin mentoru olduğu, "Yüksəliş" müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinika rəisi Ramil Hüseynzadə də iştirak edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR