Son Xəbər: Oktyabrın son günü Azərbaycanda yağış yağacaq, Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub, Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib, Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib, "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır, Azərbaycan neftinin qiyməti 122 dollara düşüb, Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək, Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb, Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib, Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq,

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Tarix: Bugün, 09:50

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 114,82 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,74 BŞ dolları və ya 2,38 % azalaraq 112,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR