Son Xəbər: Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb, Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib, Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq, Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək, Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir, Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb, Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir, Sabah Bakıda hava yağmursuz olacaq, Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb,

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Tarix: Bugün, 17:33

 Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb.

Bu barədə İstanbul prokurorluğundan bildirilib.

Məlumata görə, bələdiyyə sədri Üsküdar Bələdiyyəsində tikinti və yaşayış icazəsi əməliyyatlarında qanunazidd fəaliyyət göstərərək rüşvət almaqda ittiham olunur.

Qeyd edilib ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Üsküdar Bələdiyyə sədrinin müavini, müşaviri, katibi və başqa bölmələrin məsul şəxsləri tikinti və yaşayış icazəsi verilməsi zamanı rüşvət almaqda şübhəli bilinirlər.

Sinem Dedetaş haqqında rüşvət, cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə maddələri üzrə istintaq başlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR