Son Xəbər:
Tarix: Bugün, 13:12
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı protokolun təsdiqi haqqında qanun layihəsini imzalayıb.
Sənədə əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycanın müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.