Son Xəbər: “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib, Qazaxın işğaldan azad olunan kəndləri kameralar vasitəsi ilə müşahidə olunur, Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib,

İki yerdə işləyənlərin vergi və sosial ödənişləri necə hesablanır?

İki yerdə işləyənlərin vergi və sosial ödənişləri necə hesablanır?

Tarix: 7-12-2019, 15:32

Vergi Məcəlləsinin əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərdən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.                                              
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, mühasibat və vergi üzrə ekspert Ramin Ramazanovun sözlərinə görə, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Belə ki, dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əməkhaqqı 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə, artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi vergidən azad edilir.                              
Ekspert nəzərə çatdırıb ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslərin gəlirlərinin 8000 manatadək olan hissəsi gəlir vergisindən azaddır, 8000 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Əlavə iş yeri dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəssisədirsə, vergi öhdəlikləri başqa cür hesablanır: “Dövlət və ya neft sektoruna aid müəssisədə əsas və əlavə iş yeri üzrə çalışmağından asılı olmayaraq sosial ayırmalar əməkhaqqından 3 faiz tutulmaqla hesablanır. İşsizlik sığortası üzrə tutulma isə 0,5 faizdir. Vergiödəyicisi olan fiziki şəxs kimi mülki hüquqi (xidmət) müqavilə ilə çalışdıqda sadələşdirilmiş vergiödəyicisi olduğu halda təqdim edilən xidmətlərə görə əldə edilən gəlirin 2 faizi, mikrosahibkar kimi mənfəət vergiödəyicisi olduğu halda, gəlirdən xərclər çıxıldıqdan sonra mənfəətin 5 faizi həcmində mənfəət vergisi ödənilir”.                                                  
R.Ramazanov deyib ki, vergiödəyicisi olmayan fiziki şəxs kimi mülki hüquqi xarakterli müqavilələrlə çalışdıqda fiziki şəxslərin aylıq gəlirlərindən ödəmə mənbəyində 14 faiz (2500 manatadək olduqda) vergi hesablanaraq tutulur.
“Sosial Sığorta haqqında” qanunun tələbinə görə, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə gəlirlərinin 25 faizi miqdarında tutulmalar edilməlidir. “İki yerdə çalışanların hüquqlarına gəldikdə isə əsas iş yeri üzrə bağlanılan əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir”.                                                                    
Vurğulanıb ki, əvəzçilik üzrə iş vaxtının müddəti iş vaxtı üçün müəyyən edilən normanın yarısından çox ola bilməz. Belə ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda iş vaxtı üst-üstə düşməyən digər yerlərdə işləyə bilər. “Bir sıra hallarda məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunan iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır”.                                       
Ekspert əlavə edib ki, əvəzçilik üzrə iş vaxtının müddəti normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.     Azərtac 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR