Son Xəbər: Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib, DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib, Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb, Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib, İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN, Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL, Almaniyanın xarici işlər naziri Ermənistana gedib, Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır, Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir,

Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir

Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir

Tarix: Bugün, 12:18

 

2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə vergi daxilolmaları 13 milyon manat olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Dövlət kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramları həyata keçirir. Birbaşa və dolayı dəstək istiqamətləri də daxil olmaqla, bu dəstəyin ümumi məbləği 1,5 milyard manata yaxındır. Kənd təsərrüfatı üzrə vergi daxilolmalarının cəmi 13 milyon manat olacağının gözlənildiyini nəzərə alaraq hesab edirik ki, dövlət fermerə və kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi yanaşmır. Müzakirələr zamanı aidiyyəti qurumlara da tövsiyə olundu ki, bu məsələlər ictimaiyyətə, xüsusilə aqrar ictimaiyyətə və kənd əhalisinə ətraflı izah edilsin, maarifləndirmə işləri aparılsın. Çünki dövlətin aqrar siyasəti ilə bağlı cəmiyyətdə yanlış təsəvvür yaranmamalıdır. Dövlət bu gün də fermerin və kənd təsərrüfatı istehsalçısının yanındadır", - deyə o qeyd edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR