Son Xəbər: Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib, DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib, Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb, Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib, İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN, Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL, Almaniyanın xarici işlər naziri Ermənistana gedib, Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır, Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir,

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

Tarix: Bugün, 17:00

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

Bu il iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) debitor borcları 9 milyon 903,6 min manat, kreditor borcları isə 5 milyon 949,7 min manat olub.

Bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisə müvafiq olaraq 9,7 % və 14,6 % çoxdur. Son 1 ildə isə müvafiq göstəricilər 47,3 % və 43,2 % artıb.

Bu ilin I yarısı üzrə qeydə alınmış Fondun debitor borclarının 61,6 %-i əsas borcdan, 38,4 %-i faiz və maliyyə sanksiyaları üzrə yaranmış borcdan ibarət olub.

"Debitor və kreditor borclarının artım dinamikası və strukturunda müşahidə olunan dəyişikliklərin gəlirlərin vaxtında və tam formalaşmasına təsir göstərə biləcək risk amili olduğunu diqqətə alaraq gəlir potensialının dəqiqləşdirilməsinə və proqnoz göstəricilərinin əsaslılığına müsbət təsir göstərməsi məqsədilə borcların yaranma səbəblərinin və strukturunun müntəzəm qiymətləndirilməsi, habelə onların proqnoz göstəricilərində nəzərə alınması zəruridir", - deyə Rəydə qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR