Son Xəbər: Sabah Bakıda hava yağmursuz olacaq, Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb, Ötən gecə Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub, "Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq, Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib, Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək, Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək, Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər, Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman,

Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

Tarix: Bugün, 13:22


Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR