Son Xəbər: Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək, Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər, Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman, Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı, Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi, Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb, Madriddə etiraz aksiyası keçirilir, Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ, EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq, Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək,

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

Tarix: Bugün, 17:01

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (bundan sonra – DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs həyata keçirir.

Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi DERKİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, on səkkiz ay müddətində bu Fərman qüvvəyə minənədək tərtib edilmiş (verilmiş), İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya ehtiyatlarında saxlanılan sənədlərin və məlumatların DERKİS-ə daxil edilməsini təmin etməli, torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunan məlumatların DERKİS-ə miqrasiyasını və torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətinin dayandırılmasını təmin etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Prezidentin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, DERKİS-in “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi on səkkiz ay müddətində Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan və bu Fərman qüvvəyə minənədək tərtib edilmiş (verilmiş) sənəd və məlumatları öz informasiya ehtiyatlarında saxlayan dövlət orqanları (qurumları) ilə birlikdə həmin sənəd və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə DERKİS-ə ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR