Son Xəbər: Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək, Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər, Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman, Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı, Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi, Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb, Madriddə etiraz aksiyası keçirilir, Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ, EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq, Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək,

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

Tarix: Bugün, 18:04

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Cümhuriyyət Bayramı münasibətilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçıları üçün rəsmi şam yeməyi təşkil edəcək.

Ərdoğan əvvəlcə Anıtqəbirə gedəcək, daha sonra Prezident Külliyəsində təbrikləri qəbul edəcək və Beştəpə Millət Meşəsinin açılış mərasimində iştirak edəcək.

Rəsmi şam yeməyində Qırğızıstan Prezidenti Sadır Japarova orden təqdim olunacaq. Mərasimdə Türkiyə və Qırğızıstan prezidentləri çıxış edəcəklər.

Tədbir çərçivəsində Əlişir Nəvai Beynəlxalq Mükafatı da laureatına təqdim ediləcək. Proqramda konsertlər və TÜRKSOY-un rəqs şousu nəzərdə tutulub.

TRT Haber-in məlumatına görə, şam yeməyində türkiyəli müğənni Kıraç və qazaxıstanlı ifaçı Dimash Qudaibergen də səhnəyə çıxacaqlar.

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR