Son Xəbər: ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb, Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək, Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib, Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb, Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb, Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq, İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar, Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib, DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb, Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub,

Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək

Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək

Tarix: Bugün, 16:48

 2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən beynəlxalq münasibətlərə 528,5 milyon manat vəsait ayrılacaq ki, bunun da 230 milyon manatı xaricdəki diplomatik nümayəndəliklərin - səfirlik və və konsulluqlarının saxlanılmasına yönəldiləcək.

Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Büdcə zərfinə əsasən, həmin vəsaitin 25 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, 7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan tədbirlər, 224 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, 42,5 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqqı üçün nəzərdə tutulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR