Son Xəbər:
Tarix: Bugün, 15:37
Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olub.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
O, parakarate yarışlarının K10 kateqoriyasında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.