Son Xəbər: Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib, Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib, Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib, İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub, Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib, Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib, Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib, Sabah International Hospital Türkiyənin Imperial Hospital şəbəkəsi ilə əməkdaşlığa başladı, İlham Əliyev Avstriya Prezidentini təbrik edib,

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Tarix: Dün, 14:36

 Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb.

Bu barədə şəhərin meri Xaume Kolboni "Cadena SER" radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: "Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır".

Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro məbləğində qiymətləndirib.

Bundan əlavə, iğtişaşlarla əlaqədar 14 polis əməkdaşı xəsarət alıb, onlardan 4-nun vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürənlərə 33 çağırış daxil olub, ticarət obyektlərinə qarşı isə 23 vandalizm hadisəsi qeydə alınıb. Bundan başqa, polis 68 halda bıçaq, qaz balonu, fişəng, balaklava və digər əşyalar götürüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR