Son Xəbər: Azərbaycanda şənbə günü hava dumanlı olacaq, Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır, Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək, SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib, Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək, Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO, Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib, Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib, ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib, Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb,

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Tarix: Bugün, 11:52

 İran hava məkanına yaxınlaşan ABŞ-a məxsus F-16 qırıcısı İran qüvvələrinin xəbərdarlıq atəşindən sonra istiqamətini dəyişərək geri çəkilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus bir F-16-nın icazəsiz hərəkət edən gəmiləri müşayiət etmək və onlara havadan müdafiə təmin etmək missiyası zamanı İranın cənubundakı Hengam adasının cənub-şərqində ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb.

SEPAH-ın məlumatına görə, qırıcı SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni və qabaqcıl hava hücumundan müdafiə sisteminin xəbərdarlıq atəşinə məruz qalıb. Bildirilib ki, kəskin manevr etdikdən sonra təyyarə istiqamətini dəyişməyə və İranın hava məkanından uzaqlaşmağa məcbur olub.

SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün “qırmızı xətt” olduğunu vurğulayıb. Bildirilib ki, Hörmüz boğazında hərəkətə nəzarət və idarəetmə qaydalarını pozmaq cəhdləri qəbuledilməzdir və bu cür hərəkətlərin davam etdirilməsi həm qayda pozuntusuna yol verənlər, həm də onlara dəstək verən hərbi qüvvələr üçün daha ağır nəticələrə səbəb ola bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR