Son Xəbər: Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək, Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir, Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb, Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir, Sabah Bakıda hava yağmursuz olacaq, Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb, Ötən gecə Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub, "Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq, Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib,

Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb

Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb

Tarix: Bugün, 15:22

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Portuqaliyaya 395 min 031,62 ton xam neft ixrac edib.

Bu miqdarda məhsulun dəyəri 221 milyon 958,01 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 44,7 %, dəyəri isə 42,36 % azdır.

Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,49 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR