Son Xəbər: Portuqaliya Azərbaycandan neft alışını 45 %-ə yaxın azaldıb, Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir, Sabah Bakıda hava yağmursuz olacaq, Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb, Ötən gecə Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub, "Gəncə" FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq, Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib, Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək, Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək,

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir

Tarix: Bugün, 14:49

 Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir.

“Armenpress” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Bu mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir”, – Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, yeni konstitusiyanın qəbul edilməsi hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alıb. O vurğulayıb ki, seçkilərdə mütləq çoxluq qazandıqdan sonra partiya proqramını həyata keçirməlidir.

Baş nazirin sözlərinə görə, müxalifət konstitusiya prosesini beynəlxalq və regional gündəmlə əlaqələndirib. O, müxalifətin yeni konstitusiya üzrə referendumun keçirilməsinə mane olmaması üçün ictimai təzyiqin artırılmasının mümkünlüyünü qeyd edib.

Paşinyanın sözlərinə görə, müxalifətə elə bir təklif irəli sürə bilər ki, onu qəbul etməkdən imtina etməsi çətin olsun. Onun fikrincə, prosesin növbədənkənar seçkilərə gətirib çıxarmaması ehtimalı yüksəkdir.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR