Son Xəbər:
Tarix: Bugün, 10:39
Seuldan (Cənubi Koreya) cənubda yerləşən Sonnam şəhərində avtobus işıqforda gözləyən 30-dan çox avtomobilə çırpılıb, nəticədə 57 nəfər yaralanıb.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Avtobus əvvəlcə digər dörd avtobus, yük maşını və 27 minik avtomobili ilə toqquşub, daha sonra dəmir konstruksiyaya çırpılaraq dayanıb.
Hadisə nəticəsində 9 nəfər ciddi xəsarət alıb.
Mövcud məlumatlara görə, avtobusun sürücüsü polisə əyləclərin işləmədiyini bildirib.
Qəzanın səbəbi araşdırılır.
Polis bildirib ki, sürücü sərxoş vəziyyətdə olmayıb, lakin onun narkotik qəbul edib-etmədiyini yoxlamağı planlaşdırır.