Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Pensiyalar artırılır, amma ortada başqa problem var

Pensiyalar artırılır, amma ortada başqa problem var

Tarix: 12-11-2019, 17:40


Önəmli olan artımlar deyil, həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir
 
Hesablama Palatası 2020-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı rəyində maraqlı bir müqayisə verib. 2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği, pensiyaçılar üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehlakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış.
 
Amma 2019-cu ildə həmin nisbət 167.8%-ə enib. Bu nisbətin azalması ona görə baş verib ki, 6 il ərzində qiymətlərin artımı gəlirlərin artımını xeyli üstələyib. Bu fakt, əslində 6 ildə pensiyaçıların həyat səviyyəsinin pisləşdiyini göstərir - baxmayaraq ki, həmin dövrdə aldıqları pensiyaların nominal məbləği xeyli artıb.
 
Bu rəqəmlərin nə dərəcədə etibarlı olması, minumum istehlak səbətinin dəyərinin nə qədər etibarlı şəkildə indeksləşdirildiyi ayrı mövzudur. Əsas odur ki, rəsmi statistika pensiyaçıların gəlirlərinin alıcılıq qabiliyyətinin xeyli azaldığını göstərir.
 
Bu, həm də onu göstərir ki, pensiyaların, maaşların nə qədər böyük məbləğdə artırılması önəmli deyil, önəmli olan həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir.
 
Rəydə göstərilir ki, minimum pensiyaların 1 ildə az qala artdığı şəraitdə belə, 2020-ci ildə orta pensiya-yaşayış minimumu nisbəti 186.6% olacaq. Yəni ən yaxşı halda 2013-cü ildəki səviyyəyə yaxınlaşacaq.
 
Bu statistika həm də büdcə xərclərinin niyə kəskin artığının sadə cavabıdır - büdcəni inflyasiya böyüdüb...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR