Son Xəbər: Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb, Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək, Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib, Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb, Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb, Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq, İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar, Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib, DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb,

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Tarix: Bugün, 17:50

 Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR