Son Xəbər: Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycan neftinin qiyməti 106 dollara düşüb, Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb, Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək, Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib, Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb, Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb, Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq,

Azərbaycan neftinin qiyməti 106 dollara düşüb

Azərbaycan neftinin qiyməti 106 dollara düşüb

Tarix: Bugün, 09:56

Azərbaycan neftinin qiyməti 106 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85 % azalaraq 106,81 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 96,16 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,75 ABŞ dolları və ya 5,44 % azalaraq 99,90 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR